Azərbaycan - Monteneqro matçının güclüsü açıqlanıb

Azərbaycan - Monteneqro matçının güclüsü açıqlanıb
# 14 noyabr 2020 10:50 (UTC +04:00)

Millətlər Liqasının V turu çərçivəsində keçiriləcək Azərbaycan – Monteneqro oyununun əmsalları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları Xorvatiyada təşkil olunacaq görüşə ev sahibi kimi çıxacaq yığmamızı şanslı saymır.

Bu gün Zapreşiç şəhərindəki “İvan Laylak-İviç” stadionunda baş tutacaq matçda Azərbaycanın qələbəsi 3,74, Monteneqronun qalib gəlməsi 2,20 əmsaldır. Matçda heç-heçəyə 3,14 əmsal verilib.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR