Azərbaycan Premyer Liqası ilə bağlı qərarı PFL verəcək

Azərbaycan Premyer Liqası ilə bağlı qərarı PFL verəcək
# 09 dekabr 2020 15:21 (UTC +04:00)

Bu gün AFFA-nın təşəbbüsü ilə AFFA, Peşəkar Futbol Liqası və Klublar Komitəsinin videokonfrans formatında növbəti birgə iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, iclasda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, PFL-in prezidenti Ramin Musayev, Premyer Liqa klublarının nümayəndələri və digər AFFA rəsmiləri iştirak ediblər.

İclasda mövcud vəziyyət nəzərə alınmaqla Azərbaycan Premyer Liqasının təqvimi müzakirə olunub, ətraflı fikir mübadiləsi aparılıb.
Müzakirə olunmuş məsələ ilə bağlı qərar Peşəkar Futbol Liqası tərəfindən qəbul olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR