Azərbaycan Premyer Liqası təxirə salınıb

Azərbaycan Premyer Liqası təxirə salınıb
# 13 mart 2020 18:26 (UTC +04:00)

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev I Divizionun XX, Premyer Liqanın XXI, XXII turlarının təxirə salınması haqqında əmr imzalayıb.

Apasport.az saytının məlumatına görə, əmr son günlər koronavirus pandemiyasının dünyada geniş yayılması, Avropa ölkələrinin əksəriyyətinin məlum təhlükə ilə bağlı futbol çempionatlarını təxirə salmağı, həmçinin ölkəmizdə virusa qarşı aparılan mübarizəni, eləcə də idman qurğularının fəaliyyətini müvəqqəti dayandırmasını və aparılan son müzakirələri rəhbər tutaraq imzalanıb.

Əmrə əsasən, I Divizionun XX, Premyer Liqanın XXI, XXII turları təxirə salınıb.

Təxirə salınmış turların keçiriləcəyi tarix barədə qarşıdakı günlərdə Peşəkar Futbol Liqasının rəsmi saytında məlumat yerləşdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR