Azərbaycan Premyer Liqasında baş məşqçilər orta hesabla 399 gün vəzifəsində qalır

Azərbaycan Premyer Liqasında baş məşqçilər orta hesabla 399 gün vəzifəsində qalır
# 23 iyun 2020 12:00 (UTC +04:00)

Azərbaycan Premyer Liqasında çalışan baş məşqçilər orta hesabla 399 gün vəzifəsində qalır.

Apasport.az saytının məlumatına görə, bu, CİES Futbol Observatoriyasının araşdırmaları əsasında müəyyənləşib.

Orta göstəricinin yüksək olmasında komandalardan birində - “Qarabağ”da 12 ildir eyni mütəxəssisin çalışması səbəb olub. Qurban Qurbanovla müqayisədə digər çalışdırıcılar uzunmüddətli fəaliyyəti ilə seçilmir.

Araşdırmalarda dünyanın 79 ölkəsinin 110 liqası barədə məlumatlar yer alıb. Azərbaycan Premyer Liqası baş məşqçilərin fəaliyyət müddətinə görə 24-cü pillədədir.

Ümumilikdə, 110 liqadan yalnız 32-də mütəxəssislər ən azı bir il postunda qalır. Rekord isə Uels Premyer Liqasına məxsusdur. Orada baş məşqçilərin orta fəaliyyət müddəti 943 gündür. Bu rəqəm İsveçdə 890, İsveçrədə 701-ə bərabərdir.

İstefa qorxusunun hökm sürdüyü çempionat isə Braziliyanın B seriyasıdır. Bu liqada baş məşqçilər orta hesabla 122 gün postunda qalır. Türkiyə 1-ci liqasında 124, Latviya yüksək liqasında 134 gündən bir istefa gerçəkləşir.

Qeyd edək ki, araşdırmalarda ən yaşlı və gənc baş məşqçilər də bəlli olub. Türkiyəli Həmdi Yılmaz (Keçiörəngücü) 74,47 yaşla ən təcrübəli, norveçli Ole Martin Nesselquist (Strommen) 26,96 yaşla ən gəncdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR