Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların ölkəsinin sayı 34-ə enib

Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların ölkəsinin sayı 34-ə enib
# 12 fevral 2021 12:32 (UTC +04:00)

Azərbaycan Premyer Liqasında futbolçu ilə təmsil olunan ölkə sayında dəyişiklik edilib.

Apasport.az saytının məlumatına görə, buna qış fasiləsində baş tutan transferlər və ayrılıqlar səbəb olub.

Mövsümün ilk yarısından fərqli, artıq Konqo, Haiti, Qazaxıstan və Özbəkistandan çempionatımızda iştirak edən futbolçu yoxdur. Əvəzində Ahmed Ahmedov, Anatole Abanq və Tiemoko Fofananın gəlişi sayəsində Bolqarıstan, Kamerun və Fil Dişi Sahilidən Premyer Liqamızda oyunçu yer alır.

Bununla hazırda Azərbaycan çempionatında təmsil olunan xarici ölkə sayı 35-dən 34-ə enib. Premyer Liqada ümumilikdə 59 əcnəbi futbolçu mübarizə aparır.

Qış fasiləsində 10 əcnəbi ölkəmizə təşrif buyurub ki, onlardan ikisi - Mehdi Şərifi və Sadio Tounkara Premyer Liqaya qayıdanlardır. Ahmed Ahmedov, Nemanya Andelkoviç, Filipe Paxtmann, Höccət Haqverdi, Luka İmnadze, Milovan Petrovik, Anatole Abanq və Tiemoko Fofana isə ilk dəfə Azərbaycanda oynamaq şansı əldə ediblər.

Ümumiyyətlə, hazırda Premyer Liqamızda ən çox futbolçu ilə təmsil olunan ölkələr Serbiya və Braziliyadır. Milliləşdirilmiş oyunçuları nəzərə almasaq, Peşəkar Futbol Liqasında bu ölkələrin vətəndaşı kimi 6 nəfər qeydiyyatdadır. Onları 5 oyunçu ilə Fransa ilə İran izləyir. Gürcüstandan 3, Xorvatiya, Albaniya, Paraqvay, Sierra-Leone və Şimali Makedoniyadan isə 2 futbolçu karyerasını hazırda klublarımızda davam etdirir.

Ölkə

Say

1-2

Serbiya

6

Braziliya

6

3-4

Fransa

5

İran

5

5

Gürcüstan

3

6-10

Xorvatiya

2

Albaniya

2

Paraqvay

2

Sierra-Leone

2

Şimali Makedoniya

2

11-34

Kolumbiya

1

Kabo Verde

1

İspaniya

1

Qana

1

Seneqal

1

Belçika

1

Nigeriya

1

Qvineya

1

Moldova

1

Monteneqro

1

Mali

1

Kamerun

1

Anqola

1

Rusiya

1

Yunanıstan

1

Mozambik

1

Uruqvay

1

Bosniya və Hers.

1

Fil Dişi Sahili

1

ABŞ

1

Cənubi Afrika

1

Çili

1

Toqo

1

Nigeriya

1

34

59

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR