Azərbaycan Premyer Liqasının gedişində koronavirus aşkarlansa, tövsiyələrə uyğun qərarlar qəbul olunacaq

Azərbaycan Premyer Liqasının gedişində koronavirus aşkarlansa, tövsiyələrə uyğun qərarlar qəbul olunacaq
# 05 iyun 2020 15:29 (UTC +04:00)

Azərbaycan Premyer Liqası və kuboku oyunları ərəfəsində futbolçular və hakimlər koronavirus testindən keçiriləcəklər.

Apasport.az saytının məlumatına görə, bununla bağlı Peşəkar Futbol Liqası klublara təlimat verib.

Əgər futbolçulardan, referilərdən və digər üzvlərdən götürülən testlərdə müsbət nəticə aşkarlanarsa, bu zaman daha üst qurumların tələb və tövsiyələrinə uyğun olaraq qərarlar qəbul olunacaq.

Bundan başqa, oyunların startına qədər stadiona gələn hər kəs tibbi maskada olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR