Azərbaycan çempionatında yarımçıq dayandırılan oyunun keçirilmə vaxtı dəqiqləşib

Azərbaycan çempionatında yarımçıq dayandırılan oyunun keçirilmə vaxtı dəqiqləşib
# 17 fevral 2021 16:01 (UTC +04:00)

Azərbaycan çempionatının I divizionun “Turan Tovuz” – “Sumqayıt-2” matçının davam etdiriləcəyi vaxt bəlli olub.

Apasport.az saytının məlumatına görə, güclü qar səbəbindən 51-ci dəqiqədə dayandırılan görüşün qalan hissəsi sabah oynanılacaq.

Oyunun davamı saat 12:30-da başlayacaq.

Qeyd edək ki, Tovuz şəhər stadionundakı matç dayanarkən hesab 0:0 olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR