Azərbaycan çempionatının oyunu güclü qar səbəbindən dayandırılıb

Azərbaycan çempionatının oyunu güclü qar səbəbindən dayandırılıb
# 17 fevral 2021 15:41 (UTC +04:00)

Azərbaycan çempionatının I divizionunun “Turan Tovuz” – “Sumqayıt-2” oyunu yarımçıq dayandırılıb.

Apasport.az saytının məlumatına görə, XIII turun görüşünün başa çatdırılmasına hava şəraiti mane olub.

Güclü qar yağdığı üçün qarşılaşma ikinci hissənin əvvəlində saxlanılıb. Hakimlər, hakim-inspektor və AFFA nümayəndəsi görüşün taleyi ilə bağlı yığıncaq keçirib. Onlar görüşün qeyri-müəyyən müddətə təxirə salınmasına qərar veriblər.

Qeyd edək ki, oyun dayandırılarkən hesab 0:0 olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR