Azərbaycan çempionu adını qazanın ilk əcnəbi baş məşqçi vəfat edib

Azərbaycan çempionu adını qazanın ilk əcnəbi baş məşqçi vəfat edib
# 17 dekabr 2020 11:33 (UTC +04:00)

Bakının “İnter” (hazırkı “Keşlə”nin) klubunun sabiq baş məşqçisi Valentin Xodukin vəfat edib.

Apasport.az saytının məlumatına görə, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Bildirilib ki, ukraynalı mütəxəssis 81 yaşında dünyasını dəyişib. Avqustda koronavirusa yoluxan məşqçiyə sabiq futbolçuları yardım kampaniyası başlatmışdılar.

Qeyd edək ki, 2006-2009-cu illərdə ölkəmizdə “İnter”i çalışdıran Valentin Xodukin 2007/08 mövsümündə Azərbaycan çempionu adını qazanan ilk əcnəbi baş məşqçi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR