Azərbaycan fiqurlu konkisürəni Avropa çempionatında 6-cı yeri tutub

Azərbaycan fiqurlu konkisürəni Avropa çempionatında 6-cı yeri tutub
# 26 yanvar 2020 01:30 (UTC +04:00)

Avstriyanın Qrats şəhərində keçirilən fiqurlu konkisürmə üzrə Avropa çempionatı başa çatıb.

Apasport.az saytının məlumatına görə, son medal dəsti qadınların fərdi mübarizəsində sahibini tapıb.

İdmançılar sərbəst proqramla çıxışlarını yekunlaşdırıblar. Azərbaycan yığmasının üzvü Yekaterina Ryabova da Avropa çempionatında qüvvəsini sınayıb.

O, sərbəst çıxışda 119,27 balla 6-cı yeri tutub. Qısa proqramda 62,22 xalla da 6-cl olan Y.Ryabova iki çıxışın cəmində 181,49 xal toplayıb. Milliləşən legionerimiz çempionatı 6-cı yerdə başa vurub.

Qadınların mübarizəsində ilk üç yeri Rusiya təmsilçiləri tutub. Alyona Kastornaya (240,81) 1-ci, Anna Şerbakova (237,76) 2-ci, Aleksandra Trusova (225,34) 3-cü olub. Bununla da qitə çempionatı şimal qonşularımızın benefisi ilə nəticələnib. Rusiyalılar 4 dəst mükafatın sahibini tapdığı yarışda 4 qızıl, 3 gümüş və 3 bürünc medala yiyələniblər. Fransa 1 gümüş, Gürcüstan 1 bürünc əldə edib.

Qeyd edək ki, Azərbaycanın digər təmsilçisi Vladimir Litvintsev kişilərin yarışında 9-cu yeri tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR