Azərbaycan futbol ailəsi: "Torpaqlarımızın azad edilməsi xəbərini sonsuz sevinc hissi ilə qarşıladıq"

Azərbaycan futbol ailəsi: "Torpaqlarımızın azad edilməsi xəbərini sonsuz sevinc hissi ilə qarşıladıq"
# 10 noyabr 2020 15:30 (UTC +04:00)

Azərbaycan futbol ictimaiyyəti ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb.

Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, müraciətdə futbol ailəsi adından Prezidentə sonsuz minnətdarlıq bildirilib:

“Hörmətli cənab Prezident, Ali Baş Komandan!

Torpaqlarımızın azad edilməsi xəbərini sonsuz sevinc və fərəh hissi ilə qarşıladıq. Qarabağ xalqımızın mədəniyyət beşiyi, Azərbaycanın baş tacıdır. Bu sevinci xalqımıza, dünya azərbaycanlılarına bəxş etdiyiniz üçün Sizə və Azərbaycan Ordusuna Azərbaycan futbol ailəsi adından sonsuz minnətdarlığımızı bildiririk.

Hörmətli, cənab Prezident!

Sizin siyasi arenada, əsgərlərimizin, zabitlərimizin, bütün hərbi qulluqçularımızın isə cəbhədə inanılmaz fədakarlığı nəticəsində ərazi bütövlüyümüz təmin olundu. Sizin uzaqgörən siyasətiniz dünya azərbaycanlılarını bir daha həmrəy etdi və bu həmrəylik QƏLƏBƏ ilə nəticələndi. Belə bir günlərdə bir millət olaraq hər birimizin Sizin ətrafınızda hər zaman birləşməyimiz gələcək QƏLƏBƏLƏRİMİZİN qarantıdır.
Bundan sonra Azərbaycan xalqı üçün qələbə şüarına çevrilmiş “Qarabağ Azərbaycandır!” ifadəsinin həyata keçirilməsinin xoşbəxtliyini yaşayacağıq”.

#BİZBİRLİKDƏGÜCLÜYÜK!
AZƏRBAYCAN FUTBOL AİLƏSİ!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR