Azərbaycan hakimləri Avropa Liqasının qrup oyununa təyinat alıb

Azərbaycan hakimləri Avropa Liqasının qrup oyununa təyinat alıb
# 24 noyabr 2020 13:34 (UTC +04:00)

Azərbaycanlı FİFA hakimi Əliyar Ağayev növbəti beynəlxalq təyinat alıb.

Apasport.az saytının məlumatına görə, referimiz Avropa Liqasının qrup mərhələsinin IV turunda iş başında olacaq.

O, noyabrın 26-da baş tutacaq AEK (Yunanıstan) – “Zarya” (Ukrayna) matçının baş hakimi olacaq. Afinadakı “Spiros Luis Olimpiya Atletika Mərkəzindəki qarşılaşmada onun köməkçiləri Zeynal Zeynalovla Akif Əmrəli olacaq. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, hakimlərimizin işinə belçikalı hakim-inspektor Lyuk Vouters qiymət verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR