Azərbaycan hakimləri Yunanıstan çempionatının oyunlarına təyinat alıb

Azərbaycan hakimləri Yunanıstan çempionatının oyunlarına təyinat alıb
# 29 yanvar 2020 17:03 (UTC +04:00)

Azərbaycanlı hakimlər növbəti dəfə digər ölkənin yüksək liqasının vacib oyununa təyinat alıb.

Apasport.az saytının məlumatına görə, FİFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası Yunanıstan Super Liqasının matçını idarə edəcək.

Bu, Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən gerçəkləşib. Ə.Ağayev XXII tur çərçivəsində fevralın 2-də keçiriləcək “Panatinaikos” – PAOK oyununu idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR