Azərbaycan klubları meydana “Qələbəyə bir nəfəs qədər yaxınıq” pankartı ilə çıxıb

Azərbaycan klubları meydana “Qələbəyə bir nəfəs qədər yaxınıq” pankartı ilə çıxıb
# 08 noyabr 2020 17:24 (UTC +04:00)

Azərbaycan Premyer Liqasının IX turunun son oyununda “Sabah” “Zirə”ni qəbul edir.

Apasport.az saytının məlumatına görə, “Bank Respublika Arena”da təşkil olunan qarşılaşma zamanı komandalar Azərbaycan Ordusuna dəstək nümayiş etdiriblər.

Görüşdən öncə futbolçular meydana “Qələbəyə bir nəfəs qədər yaxınıq” sözləri əks olunmuş pankartla çıxıblar. Bununla komandalar Dağlıq Qarabağda terrorçu ermənilərlə mübarizə aparan Orduya dəstək göstəriblər.

Səslənən dövlət himni zamanı “Zirə”nin milliləşdirilmiş braziliyalı futbolçusu Riçard Almeydanın da himni oxuması diqqətdən yayınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR