Azərbaycan kubokunda 12 klub oynayacaq

Azərbaycan kubokunda 12 klub oynayacaq
# 17 noyabr 2020 11:42 (UTC +04:00)

Azərbaycan kubokunda 2020/2021-ci illər mövsümünün iştirakçı komandaların sayı və püşkatmanın tarixi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı, I Divizion təmsilçiləri olan “Turan Tovuz”, “Zaqatala”, “Kəpəz” və “Qaradağ Lökbatan” mübarizə aparacaq.

12 komandanın qatılacağı turnirin püşkatma mərasimi noyabrın 24-də AFFA-nın inzibati binasında keçiriləcək. Saat 13:00-da başlayacaq tədbir Azərbaycan Respublikası ərazisində koronavirus pandemiyası səbəbindən karantin rejimi tətbiq olunduğuna görə klub və KİV nümayəndələri üçün qapalı olacaq. Püşkatma “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR