Azərbaycan millisi Avropa çempionatında Monteneqro və Albaniyaya rəqib olub

Azərbaycan millisi Avropa çempionatında Monteneqro və Albaniyaya rəqib olub
# 11 mart 2021 16:43 (UTC +04:00)

17 yaşadək qızlar arasında Avropa çempionatının 1-ci mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, reytinqinə əsasən A və B liqalarına ayrılan iştirakçılar qruplara bölünüb.

Zəif reytinqli komandalar sırasında olan Azərbaycan yığması B qrupunda mübarizə aparacaq. Millimiz 6-cı qrupunda yer alıb. Komandamızın rəqibləri Monteneqro və Albaniya olacaq.

1-ci mərhələnin görüşləri avqustun 1-dən noyabrın 14-dək keçiriləcək. B liqasında qrup qalibləri və ən yaxşı nəticəyə malik komanda A liqasına yüksələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR