Azərbaycan millisi Barbados və Mozambikdən geri qalır

Azərbaycan millisi Barbados və Mozambikdən geri qalır
  • Clock-gray 15:08
  • calendar-gray 01 Aprel 2021

Futbol üzrə dünya çempionatları tarixinin seçmə mərhələlərinin ümumi cədvəli açıqlanıb.

Apasport.az saytının məlumatına görə, martda baş tutan qarşılaşmaların da əksini tapdığı siyahıda müxtəlif illərdə yarışda oynamış 215 milli komanda yer alıb.

Azərbaycan yığmasının da dünya çempionatlarındakı mövqeyi bəlli olub. DÇ-1998 çərçivəsində 1996-cı ildə debüt matçına çıxan millimiz tarixində 7-ci tsiklə başlayıb. 

60 görüş keçirən komandamız 7 qələbə, 14 heç-heçə və 39 məğlubiyyətlə aktivinə ümumilikdə 35 xal yazıb. 30 top vuran futbolçularımız 107-ni buraxıb. Bu göstərici ilə millimiz dünya çempionatlarının 147-cisidir.

Azərbaycan yığmasından ön sıralarda Botsvana (36 xal), Banqladeş, Barbados, Fələstin (hərəsi 37 xal), Mozambik (38 xal), Vanuatu (39 xal) kimi qeyri-futbol ölkələri yer alıb.

Yığmamız Avropada yalnız 9 komandanı qabaqlayır. Bunlar Farer adaları (29 xal), Moldova, Lüksemburq (hər ikisi 28 xal), Malta (17 xal), Lixtenşteyn (12 xal), Andorra (9 xal), San-Marino (2 xal), Kosovo (1 xal) və Cəbəllütariq (0 xal) milliləridir.

Qeyd edək ki, cədvələ seçmə mərhələlərdə 376 xal toplayan Meksika başçılıq edir. Kosta-Rika 298 xalla ikinci, Avstraliya 294 xalla üçüncüdür.

ApaSport

Digər xəbərlər