Azərbaycan millisi FİFA reytinqində mövqeyini qoruyub

Azərbaycan millisi FİFA reytinqində mövqeyini qoruyub
# 20 fevral 2020 13:21 (UTC +04:00)

Milli komandaların FİFA reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, 2020-ci ilin ilk cədvəlində ciddi dəyişikliklər olmayıb.

Bu da hesabat dövründə yığmaların iştirakı ilə az sayda matç baş tutması ilə əlaqədardır. Azərbaycan milli komandasının da mövqeyi dəyişməz qalıb.

Baş məşqçisiz qalan yığmamız hesabat dövründə heç bir matça çıxmayıb. Komandanın hesabında 1177 xal var. Millimiz ötən ay olduğu kimi 114-cü pillədə qərarlaşıb.

Cədvəlin üst pillələrində də dəyişiklik baş verməyib. Belçika 1765 xalla 1-ci, Fransa 1733 xalla 2-ci, Braziliya 1712 xalla 3-cü pillədəki yerini qoruyub. Qonşu Türkiyə millisi 1494 xalla yenə 29-cudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR