Azərbaycan millisi FİFA reytinqində yerini qoruyub

Azərbaycan millisi FİFA reytinqində yerini qoruyub
  • Clock-gray 12:31
  • calendar-gray 09 Aprel 2020

Milli komandaların FİFA reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, sonuncu dəfə fevralın 20-də dərc olunan cədvəllə müqayisədə siyahıda cüzi dəyişikliklər olub.

Bu da hesabat dövründə keçirilməli olan oyunların baş tutmaması ilə bağlıdır. Koronavirus pandemiyası üzündən milli komandaların martda keçirilməli olan qarşılaşmalarının bəziləri təxirə salınıb, bəziləri ləğv edilib.

Azərbaycan millisinin də iki yoxlama oyunu – Lixtenşteyn və Malta ilə görüşləri ləğv olunub. Bu, yığmamızın da əmsalı və mövqeyinin dəyişməməsi ilə nəticələnib.

Millimiz iki ay əvvəl olduğu kimi yenə dünyanın 114-cü komandasıdır. Yığmamızın aktivində 1177 xal var.

Qeyd edək ki, cədvəlin ilk üç pilləsində Belçika (1765), Fransa (1733), Braziliya (1712) yığmaları yer alıb. Qonşu Türkiyə 1494 xalla 29-cudur.

ApaSport

Digər xəbərlər

Arxiv

date