Azərbaycan millisi Qətərlə yoldaşlıq görüşləri keçirəcək

Azərbaycan millisi Qətərlə yoldaşlıq görüşləri keçirəcək
  • Clock-gray 22:42
  • calendar-gray 08 Dekabr 2020

Azərbaycan millisi DÇ-2022-yə ev sahibliyi edəcək Qətər yığması ilə yoldaşlıq görüşləri keçirəcək.

Apasport.az saytının məlumatına görə, Canni de Byazinin yetirmələri Asiya təmsilçisi ilə 2 dəfə üz-üzə gələcək.

UEFA son Asiya çempionunu dünya çempionatına hazırlıq məqsədilə dəvət edib. Qətər millisi DÇ-2022-nin seçmə mərhələsinin A qrupunda yer alan bütün komandalarla təqvimə uyğun olaraq ev-səfər prinsipi əsasında qarşılaşacaq. Rəqiblərin səfər məsafəsinin qısa olması üçün qətərlilər ev oyunları Avropada keçiriləcəklər.

Yığmamız seçmə mərhələ pəncərəsi zamanı gələn il martın 27-də Qətərin qonağı olacaqsa, noyabrın 14-də bu komandanı qəbul edəcək.

Qətər millisinin keçirəcəyi ev oyunlarının məkanı və saatı hələlik məlum deyil.

ApaSport

Digər xəbərlər