Azərbaycan millisi Serbiyaya uduzaraq, son pilləyə yuvarlanıb

Azərbaycan millisi Serbiyaya uduzaraq, son pilləyə yuvarlanıb
# 30 mart 2021 21:52 (UTC +04:00)

Azərbaycan millisi növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, yığmamız DÇ-2022-nin seçmə mərhələsində ikinci matçına çıxıb.

Canni de Byazinin yetirmələri ilk ev qarşılaşmasında Serbiya ilə görüşüb. Bakı Olimpiya Stadionunda keçirilən görüşə A qrupunun lideri kimi çıxan balkanlılar 16-cı dəqiqədə hesabı açıb. Cari tsikldə 4-cü qoluna imza atan Aleksandar Mitroviç komandasını hesabda önə çıxarıb.

Fasilədən sonra yığmamız qonaqların qapısına yol tapıb. Qətərlə görüşdəki kimi bu dəfə də millimiz penaltidən fərqlənib. Emin Mahmudov özü qazandığı 11 metrlik cərimə zərbəsini asanlıqla qola çevirib. Bu, yarımmüdafiəçinin millidə 2-ci qolu olub.

Amma komandamız bu nəticəni qoruya bilməyib. Üç gün öncə Serbiya millisinin tarixinə ən yaxşı bombardir kimi düşən Aleksandar Mitroviç növbəti dublunu gerçəkləşdirib. Forvard tsikldəki 3-cü matçında qol sayını 5-ə çatdırmaqla komandasına da 3 xal qazandırıb.

Seçmə mərhələyə Portuqaliyaya 0:1 hesablı məğlubiyyətlə başlayan yığmamız startda ikinci dəfə uduzub. Millimiz bu yenilgi ilə sonuncu pilləyə yuvarlanıb. Üç gün öncə yoldaşlıq görüşündə Qətərə də uduzan komanda ardıcıl 3-cü məğlubiyyətə üzülüb.

Qeyd edək ki, qrupda turun digər görüşündə Lüksemburq Portuqaliyanı qonaq edəcək. Matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

DÇ-2022-nin seçmə mərhələsi
A qrupu, III tur
30 mart
20:00. Azərbaycan - Serbiya - 1:2
Qollar:
Emin Mahmudov, 60 (pen.) - Aleksandar Mitroviç, 16, 81
Baş hakim: Roy Reynşreyber (İsrail)
Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 15. Bədavi Hüseynov, 14. Elvin Bədəlov, 18. Anton Krivotsyuk, 5. Maksim Medvedev (k), 3. Azər Salahlı, 13. Abbas Hüseynov, 20. İsmayil İbrahimli, 8. Emin Mahmudov, 7. Anatoli Nuriyev, 9. Əli Qurbani
Ehtiyat oyunçular: Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Mehdi Cənnətov, 2. Sərtan Taşkın, 4. Şəhriyar Əliyev, 6. Vüqar Mustafayev, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 16. Aleksey İsayev, 17. Elvin Cəfərquliyev, 19. Təmkin Xəlilzadə, 21. Coşqun Diniyev, 22. Toral Bayramov
Baş məşqçi: Canni de Byazi
Serbiya: 12. Predraq Raykoviç, 13. Stefan Mitroviç, 2. Strahinya Pavloviç, 5. Uroş Spahiç, 7. Nemanya Radonjiç, 6. Nemanya Maksimoviç, 8. Nemanya Qudelj, 17. Filip Kostiç, 10. Duşan Tadiç (k), 20. Sergey Milinkoviç-Saviç, 9. Aleksandar Mitroviç
Ehtiyat oyunçular: 1. Marko Dmitroviç, 23. Corce Nikoliç, 3. Marko Petkoviç, 4. İvan İliç, 11. Luka Yoviç, 14. Andriya Jivkoviç, 15. Nenad Krstiçiç, 16. Saşa Lukiç, 18. Duşan Vlahoviç, 19. Mihailo Ristiç, 21. Filip Dyuriçiç, 22. Marko Qrujiç
Baş məşqçi: Draqan Stoykoviç
Bakı Olimpiya Stadionu

1

Serbiya

3

2

1

0

7-5

7

2

Portuqaliya

2

1

1

0

3-2

4

3

Lüksemburq

1

1

0

0

1-0

3

4

İrlandiya

2

0

0

2

2-4

0

5

Azərbaycan

2

0

0

2

1-3

0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR