Azərbaycan millisinin Kiprlə oyun üçün “23-lüy”ü açıqlanıb

Azərbaycan millisinin Kiprlə oyun üçün “23-lüy”ü açıqlanıb
# 13 oktyabr 2020 13:26 (UTC +04:00)

Azərbaycan millisinin Kiprlə matçının sifariş vərəqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Canni de Byazi Millətlər Liqasının IV turunun səfər oyunu üçün “23-lüy”ü müəyyənləşdirib.

İtaliyalı mütəxəssisin sərəncamında olan 25 futbolçudan ikisi heyətdən kənarda qalıb. Bunlar cəzalı Bədavi Hüseynov və zədəli Maksim Medvedevdir. Onların yoxluğunda 5 nömrəli formanı Şəhriyar Əliyev, 15-i isə Namiq Ələsgərov götürüb.

Qeyd edək ki, Albaniyada keçiriləcək Azərbaycan – Kipr oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qapıçılar
1. Emil Balayev
12. Şahrudin Məhəmmədliyev
23. Aydın Bayramov
Müdafiəçilər
3. Azər Salahlı
4. Bəhlul Mustafazadə
5. Şəhriyar Əliyev
13. Abbas Hüseynov
14. Elvin Bədəlov
18. Anton Krivotsyuk
21. Amin Seydiyev
Yarımmüdafiəçilər
2. Qara Qarayev
6. Vüqar Mustafayev
7. Araz Abdullayev
8. Coşqun Diniyev
10. Rəhim Sadıxov
15. Namiq Ələsgərov
16. Elvin Camalov
17. Rəhman Hacıyev
19. Təmkin Xəlilzadə
20. İsmayıl İbrahimli
Hücumçular
9. Əli Qurbani
11. Ramil Şeydayev
22. Mirabdulla Abbasov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR