Azərbaycan millisinin futbolçusu Almaniyada mövsümü 7-ci yerdə bitirib

Azərbaycan millisinin futbolçusu Almaniyada mövsümü 7-ci yerdə bitirib
# 28 iyun 2020 21:23 (UTC +04:00)

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov mövsümdə son oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Almaniya II Bundesliqasının XXXIV turunun iştirakçısı olub.

O, şərəfini qoruduğu “Aue”nin “Reqensburq”la səfər matçında start heyətində çıxıb. Nazarov 90-cı dəqiqədə əvəzlənib. Onun komandası səfər görüşündən üç xalla ayrılıb – 2:1.

Qeyd edək ki, bu qələbədən sonra xal hesabını 47-yə çatdıran “Aue” çempionatı 7-ci pillədə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR