Azərbaycan millisinin hücumçusu Sequndada "qırmızı" alıb, oyun yarımçıq dayandırılıb

Azərbaycan millisinin hücumçusu Sequndada "qırmızı" alıb, oyun yarımçıq dayandırılıb
# 20 fevral 2020 01:01 (UTC +04:00)

İspaniya Sequndasının XXVIII turu Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov üçün uğursuz alınıb.

Apasport.az saytının məlumatına görə, "Albasete"nin yarımmüdafiəçisi "Rayo Valyekano" ilə səfər matçında qırmızı vərəqə alıb.

Start heyətində meydana daxil olan Eddi qarşılaşmanın 45+4-cü dəqiqəsində birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Oyun 0:0 olarkən yarımçıq dayandırıldığından ikinci hissə keçirilməyib.

Qeyd edək ki, 27 oyunda 30 xal toplayan "Albasete" 22 komanda arasında 18-ci pillədə qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR