Azərbaycan millisinin kapitanı DÇ-2022-nin seçmə mərhələsində ilk oyunları buraxacaq

Azərbaycan millisinin kapitanı DÇ-2022-nin seçmə mərhələsində ilk oyunları buraxacaq
# 14 mart 2021 21:07 (UTC +04:00)

Azərbaycan millisinin kapitanı Maksim Medvedev DÇ-2022-nin seçmə mərhələsində ilk oyunları buraxacaq.

Apasport.az xəbər verir ki, bu barədə AFFA rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, “Qarabağ”ın müdafiəçisi yığmanın baş məşqçisi Canni de Byaziyə müraciət edərək şəxsi məsələləri ilə əlaqədar toplanışa cəlb olunmamasını xahiş edib. İtaliyalı mütəxəssis də Medvedevin xahişini müsbət cavablandırıb.

Qeyd edək ki, millimiz martın 24-də və 30-da seçmə mərhələsi çərçivəsində müvafiq olaraq Portuqaliya və Serbiya ilə, 27-də isə yoldaşlıq görüşündə Qətərlə ilə qarşılaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR