Azərbaycan millisinin kapitanı təlim-məşq toplanışına qoşulub

Azərbaycan millisinin kapitanı təlim-məşq toplanışına qoşulub
# 18 mart 2021 13:37 (UTC +04:00)

Azərbaycan millisinin kapitanı Maksim Medvedev komandaya qayıdıb.

Apasport.az saytının məlumatına görə, sağ cinah müdafiəçisi martın 15-dən Bakıda təlim-məşq toplanışında olan yığmanın toplanışına yenicə cəlb edilib.

Martın 14-də çağırılan heyətdə yer almayan “Qarabağ”ın oyunçusu şəxsi məsələləri ilə əlaqədar baş məşqçi Canni de Byazidən icazə istəmişdi.

Qeyd edək ki, Azərbaycan millisi bu ay DÇ-2022-nin seçmə mərhələsində mübarizəyə qoşulacaq. Yığmamız ilk oyununu martın 24-də İtaliyada Portuqaliya millisinə qarşı keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR