Azərbaycan millisinin oyunu qadın hakimə tapşırılıb

Azərbaycan millisinin oyunu qadın hakimə tapşırılıb
# 22 yanvar 2021 13:04 (UTC +04:00)

Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində yanvarın 29-da keçiriləcək Azərbaycan – Slovakiya oyununun təyinatları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Bakıdakı görüşün birinci hakimi qadın olacaq.

Rusiyadan olan İrina Velikanova birinci, həmyerlisi Yuri Neverov ikinci referi funksiyasını yerinə yetirəcək.

Bakı İdman Sarayında baş tutacaq matçda üçüncü hakim və saniyəölçən isə yerli federasiyanı təmsil edən Hikmət Qafarlı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR