Azərbaycan millisinin sabiq futbolçusu danışılmış oyunlarda günahkar bilinib

Azərbaycan millisinin sabiq futbolçusu danışılmış oyunlarda günahkar bilinib
# 13 dekabr 2019 17:02 (UTC +04:00)

AFFA-nın İntizam Komitəsi danışılmış oyunlarda şübhəli bilinən daha üç futbolçu ilə bağlı qərar verib.

Apasport.az saytının məlumatına görə, I divizionda 25 şəxsə cəza tətbiq edən komitə Region Liqası barədə də araşdırma aparıb.

Nəticədə üç futbolçu - Cəmşid Məhərrəmov (Uğur), Tuqay Alhüseynli (Ağsu Siti) və Cəmil Rəhimli (Alyans FK) ilə bağlı qadağa tətbiq edilib.

AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırma dinlənilib. Həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubların adları göstərilən futbolçularının, futbol funksionerlərinin, o cümlədən futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyənləşib.

Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər. Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apelyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.

Qeyd edək ki, C. Məhərrəmov Azərbaycan yığmalarının şərəfini qoruyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR