Azərbaycan millisinin sabiq futbolçusu koronavirusa görə bazadan çıxmır

Azərbaycan millisinin sabiq futbolçusu koronavirusa görə bazadan çıxmır
# 22 mart 2020 12:49 (UTC +04:00)

Azərbaycan millisinin sabiq futbolçusu Ufuk Budak ailəsinin yanına getməkdən imtina edib.

Apasport.az saytının məlumatına görə, "Altınordu"nun müdafiəçisi koronavirus epidemiyası səbəbindən klubun bazasında qalmağı üstün tutub.

Onunla birlikdə ailəsi Almaniyada yaşayan digər qürbətçi futbolçular da 1-ci liqa təmsilçisinin bazasında qalmağı məqsədəuyğun biliblər. Oyunçular bunu ailələrinin yaşadığı Almaniyada koronavirus xəstəliyinin daha çox olması ilə əlaqələndiriblər.

Türkiyə klubunun kapitanı Berkay Samancı isə onlara dəstək nümayiş etdirmək üçün evinə getməyib, komanda yoldaşları ilə birgə qalmaq qərarına gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR