Azərbaycan millisinin sabiq hücumçusu Estoniya klubuna keçib

Azərbaycan millisinin sabiq hücumçusu Estoniya klubuna keçib
# 21 fevral 2020 17:49 (UTC +04:00)

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Nurlan Novruzov özünə yeni komanda tapıb.

Apasport.az saytının məlumatına görə, hücumçu karyerasını Estoniyada davam etdirəcək.

“Dinamo-Avto” klubundan ayrılan Novruzov bu ölkənin “Narva Trans” klubu ilə anlaşıb. 26 yaşlı forvardın yeni komandası ilə müqavilə müddəti bir illik nəzərdə tutulub.

Qeyd edək ki, Nurlan Novruzov karyerası ərzində “Bakı”, “Sumqayıt”, “Zirə”, “Səbail”, “Dərsimspor” və “Şanlıurfa BB” klublarında çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR