Azərbaycan yığması Gürcüstana qalib gəlib

Azərbaycan yığması Gürcüstana qalib gəlib
# 29 yanvar 2020 17:00 (UTC +04:00)

Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olan 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, yığma Gürcüstanın eyni yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Millimiz bu matçda 1:0 hesablı qələbə qazanıb. Komandamızın heyətində Nisrina Zeriul fərqlənib.

Qeyd edək ki, bu komandalar arasında iki gün əvvəl keçirilmiş oyunda Gürcüstan yığması 1:0 hesabı ilə qalib gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR