Azərbaycan yığması Türkiyə ilə yoxlama oyunu keçirəcək

Azərbaycan yığması Türkiyə ilə yoxlama oyunu keçirəcək
# 02 mart 2021 12:17 (UTC +04:00)

Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirəcək.

Apasport.az AFFA-nın saytına istinadən məlumat verir ki, yığmamız Türkiyə millisi ilə görüşəcək.

Yoldaşlıq oyununun keçirilməsi ilə bağlı AFFA və TFF arasında danışıqlar aparılıb. Əldə olunmuş razılığa əsasən, komandalar bu il mayın 27-də qarşılaşacaq.

Qarşılaşma Alanyadakı Oba stadionunda keçiriləcək. Oyunun başlama saatı hələ dəqiqləşməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR