Azərbaycan yığmasının oyunları italiyalı hakimlərə tapşırılıb

Azərbaycan yığmasının oyunları italiyalı hakimlərə tapşırılıb
# 21 yanvar 2020 10:09 (UTC +04:00)

DÇ-2020-nin elit-raunda mübarizə aparacaq futzal üzrə Azərbaycan millisinin oyunlarına hakim təyinatları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Xorvatiyanın Osiyek şəhərindəki “Qradsk vrt Arena”da komandamızın iştirakı ilə keçiriləcək ilk iki oyunu İtaliyadan olan hakimlər idarə edəcək.

Xorvatiya ilə yanvarın 29-dakı matçın baş hakimi Anjelo Qalante olacaq. Ertəsi gün Rusiyaya qarşı keçiriləcək görüş isə Alessandro Malferə tapşırılıb.

29 yanvar
Xorvatiya – Azərbaycan
Hakimlər:
Anjelo Qalante, Nikola Manzione, Alessandro Malfer (hamısı İtaliya)
Osiyek. “Qradsk vrt Arena”. Saat 23:00

30 yanvar
Azərbaycan – Rusiya

Hakimlər: Alessandro Malfer, Anjelo Qalante, Çiara Perona (hamısı İtaliya)
Osiyek. “Qradsk vrt Arena”. Saat 20:00

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR