Azərbaycan yığmasının qapıçısı Avropanın ən yaxşıları sırasına düşüb

Azərbaycan yığmasının qapıçısı Avropanın ən yaxşıları sırasına düşüb
# 06 sentyabr 2020 23:24 (UTC +04:00)

Millətlər Liqasında I tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, 4 liqanın 14 qrupunda baş tutan 27 oyundan sonra turnirin statistik göstəriciləri açıqlanıb.

Bakıda Lüksemburqa 1:2 hesabı ilə uduzan Azərbaycan yığması ən yaxşılar arasında yalnız qapıçı ilə təmsil olunub. Oyun ərzində 6 qurtarış edən Emil Balayev ən yaxşılar sırasına düşüb.

Bu göstəricidə ən yaxşı Şimali İrlandiya millisinin qolkiperi Beyli Pikok-Farreldir. O, 8 dəfə “seyv” edib.

David de Xea (İspaniya), Yan Oblak (Sloveniya) və Dominik Livakoviçin (Xorvatiya) 7 belə qurtarışı var. UEFA-nın 5-cı sırada göstərdiyi Emil də yalnız bu dörd qapıçıdan geri qalır.

Qeyd edək ki, Balayevin bu uğurunda millimizin bərbad oyununun rolu olub. Çünki yığmamız Lüksemburqun qapısına cəmi iki zərbə vurmaqla rəqib qolkiperin Emillə müqayisəsinə imkan verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR