Azərbaycan yığmasının qapıçısı: "Komandadan bizə xəbərdarlıq olunub" - MÜSAHİBƏ

Azərbaycan yığmasının qapıçısı: "Komandadan bizə xəbərdarlıq olunub" - MÜSAHİBƏ
# 05 aprel 2020 13:52 (UTC +04:00)

"Sumqayıt"ın və Azərbaycan millisinin qapıçısı Mehdi Cənnətovun apasport.az saytına müsahibəsi

- Koronavirusla bağlı yaranmış situasiyanın getdikcə uzanması sizə psixoloji cəhətdən nə dərəcədə təsir göstərir?
- Sözün düzü, tək qalmaq, evdən çölə çıxmamaq çətindir. Ailən yanında, yaxınlıqda deyil. Bu durum daha iki ay davam etsə, çox çətin olacaq.

- Aydındır ki, evdə proqram üzrə məşq edirsiniz. Bəs bu məşqlər fiziki formanı qorumaq üçün yetərlidir?
- Bəli, proqramı həyata keçiririk, formamızı yaxşı vəziyyətdə saxlamağa çalışırıq. Belədə çempionat bərpa edilən zaman fiziki cəhətdən bərpa bəlkə daha asan olacaq. Ancaq oyunlara qısa müddət ərzində hazırlaşmaq asan deyil.

- Artıq xüsusi icazə olmadan evdən çıxmaq qadağandır. Klubun bununla bağlı təlimatı varmı?
- Bəli, evdə qalmaq tapşırılıb. Üç həftə ərzində bunu etməlisən. Bu baxımdan komandadan bizə xəbərdarlıq olunub. Evdən çıxmazdan əvvəl deyilən nömrəyə mesaj göndərmək lazımdır.

- Evdə boş vaxtınız çox olur. Məşqdən əlavə gününüzü necə keçirirsiniz?
- Proqrama əsasən, səhər məşq edirəm. Ardından yemək hazırlayıram. Bir kitab var, onu oxuyuram. Əlbəttə ki, filmə baxıram və yutub izləyirəm.

- Əlinizi tez-tez spirtləməkdən, sabunlamaqdan bezmirsiniz?
- Marketə getdiyim zaman daim əlimi spirtləyirəm. Evdə yeməkdən əvvəl əllərimi yumaq artıq vərdiş halını aldığından, heç bir problem yoxdur.

- Mövsüm may ayından tez bərpa olunmayacaq. Bu qədər futbolsuz qalmaq darıxdırıcı deyil?
- Əlbəttə, darıxdırıcıdır. Vəziyyətin nə qədər davam edəcəyini də təsəvvür edə bilmirəm .

- Hər şey yoluna qoyulduqdan sonra yenidən yaşıl meydanlara qayıtmaq çətin olmayacaq?
- Bütün gücümüzlə hazırlaşırıq ki, çempionat bərpa edildiyi zaman hazır olaq. Ancaq oyun ritminin yetərli olmayacağını başa düşürük.

- Mövsüm bərpa edilməsə, PFL-in yekunla bağlı hansı qərarı sizin üçün ədalətli olar?
- "Sumqayıt" üçün hər şey yaxşı olacaq. Şəxsən mən mövsümün davam etdirilməsinin tərəfdarıyam.

- "Sumqayıt"la müqavilə müddətiniz mövsümün sonuna qədərdir. Razısınız ki, inkişaf etmək üçün daha güclü kluba və çempionata keçməlisiniz?
- Əlbəttə, bir futbolçu olaraq inkişaf etmək və daim irəliləmək istəyirəm.

- "Sumqayıt"dan yeni müqavilə ilə bağlı təklif almısınızmı? Həmçinin başqa klubdan maraqlanan olubmu?
- Hələ tam sakitlikdir. Heç kim mənimlə bu barədə danışmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR