Azərbaycanda oynamış gürcü futbolçu 49 yaşında ölüb

Azərbaycanda oynamış gürcü futbolçu 49 yaşında ölüb
# 06 mart 2021 11:41 (UTC +04:00)

Ölkəmizdə “Turan” və “MKT-Araz”ın formasını geyinmiş Tengiz Siçinava vəfat edib.

Apasport.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, sabiq yarımmüdafiəçi 49 yaşında vəfat edib. Ancaq Gürcüstan millisinin keçmiş oyunçusunun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Tengiz Siçinava ölkəmizdə 2005-ci ildə “Turan”ın, bir il sonra isə “MKT-Araz”ın formasını geyinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR