Azərbaycanda yeni basketbol liqası yaradılır

Azərbaycanda yeni basketbol liqası yaradılır
# 28 yanvar 2020 13:58 (UTC +04:00)

Azərbaycanda yeni basketbol yarışı yaradılır.

Apasport.az saytının məlumatına görə, ölkəmizdə Milli Basketbol Assosiasiyasının (MBA) həm oğlanlar, həm qızlar arasında 12-14 yaş qrupunu əhatə edən Jr.NBA Azərbaycan Liqası təşkil olunacaq.

Sabah bu yeni layihənin açılışına həsr edilmiş təqdimat mərasimi və mətbuat konfransı baş tutacaq. Mərasimdə fəxri qonaq kimi MBA-nın Avropa, Afrika və Yaxın Şərq ölkələri üzrə vitse-prezidenti Xesus Bueno Paskual qatılacaq. Tədbirdə həmçinin Gənclər və İdman naziri Azad Rəhimov, Təhsil naziri Ceyhun Bayramov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger, Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və digər qonaqlar iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR