Azərbaycanın üç klubla təmsil olunacağı Konfrans Liqasının startı təxirə salınmayacaq

Azərbaycanın üç klubla təmsil olunacağı Konfrans Liqasının startı təxirə salınmayacaq
# 20 may 2020 11:54 (UTC +04:00)

UEFA-nın yaradacağı üçüncü avrokubok turnirinin startı təxirə salınmayacaq.

Apasport.az saytının məlumatına görə, bunu qurumun prezidenti Aleksander Çeferin açıqlayıb.

O bildirib ki, 2021/22 mövsümündən keçirilməsi planlaşdırılan Konfrans Liqasının startı yubanmayacaq: “Şübhəsiz ki, biz bunu edəcəyik. Konfrans Liqasını 2021/22 mövsümündən başlayacağıq. Bunu təxirə salmaq niyyətində deyilik”.

Qeyd edək ki, Azərbaycan Konfrans Liqasında 3 klubla təmsil olunacaq. Premyer Liqanın qalibi Çempionlar Liqasında, digər üç təmsilçimiz Avropa Liqası deyil, yeni yaradılan turnirdə qüvvəsini sınayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR