"Barselona" Braziliya millisinin futbolçusu ilə anlaşıb

"Barselona" Braziliya millisinin futbolçusu ilə anlaşıb
  • Clock-gray 11:52
  • calendar-gray 25 Yanvar 2020

"Koritiba"nın gənc futbolçusu Yan Kouto karyerasını Avropada davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, sağ cinah müdafiəçisi "Barselona"ya transfer olunub.

Klublar arasında danışıqlar müsbət yekunlaşıb və 5 milyon avro qarşılığında keçidin baş tutması razılaşdırılıb. Anlaşmaya əsasən, Braziliyanın U-17 yığmasının üzvü mövsümün sonuna qədər hazırkı komandasının formasını geyinəcək. Koutonun yayda 18 yaşı tamam olacaq və ondan sonra "Barselona"ya qoşulacaq.

Qeyd edək ki, U-17 yığması ilə dünya çempionu olan Yan Kouto Braziliyanın yeni Dani Alveşi kimi tanınır.

ApaSport

Digər xəbərlər