"Barselona" Çempionlar Liqasında qeyri-adi rekorda imza atıb

"Barselona" Çempionlar Liqasında qeyri-adi rekorda imza atıb
  • Clock-gray 09:48
  • calendar-gray 03 Dekabr 2020

 

İspaniyanın “Barselona” klubu Çempionlar Liqasının tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi qeyri-adi rekorda imza atıb.

Barselonanın eyniadlı təmsilçisi qrup mərhələsində ardıcıl 5 oyunda lehinə penalti verilən ilk komanda olub. Bu, V turun “Ferensvaroş”la matçında rəsmiləşib. Usman Dembele Macarıstan təmsilçisinin qapısına 11 metrlik nöqtədən qol vurub.

Cari mövsümdə hər oyunda belə imlan qazanan klubun heyətində əvvəlki turlarda Lionel Messi Kiyev “Dinamo”su, “Yuventus” və “Ferensvaroş”, Martin Braytveyt Ukrayna təmsilçisi ilə digər oyunda penaltidən yararlanıb.

Qeyd edək ki, “Barselona” “Ferensvaroş”a 3 cavabsız qolla qalib gəlib.

ApaSport

Digər xəbərlər