“Barselona” Fransadan yarımmüdafiəçi alır

“Barselona” Fransadan yarımmüdafiəçi alır
# 15 mart 2021 15:41 (UTC +04:00)

İspaniyanın “Barselona” klubu yay transfer pəncərəsində heyətini fransalı yarımmüdafiəçi ilə gücləndirməyə qərar verib.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi “Marsel”in futbolçusu Bubakar Kamaranın xidmətində maraqlıdır.

21 yaşlı oyunçunun keçidini baş məşqçi Ronald Kuman istəyib. Marselin eyniadlı klubunun yetirməsi olan Kamara əsas komandada 114 matçda 3 qol vurub.

Qeyd edək ki, Bubakarın transfer qiyməti 32 milyon avro təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR