"Barselona" İdarə Heyətinin 6 üzvü istefa verib

"Barselona" İdarə Heyətinin 6 üzvü  istefa verib
# 10 aprel 2020 09:48 (UTC +04:00)

"Barselona" rəhbərliyində istefalar reallaşıb.

Apasport.az saytının məlumatına görə, İdarə Heyətinin 6 üzvü vəzifəsindən ayrılıb.

Bunlar iki vitse-prezident Emili Ruso, Enrike Tomas, direktorlar Silvio Elias, Mariya Teyşidor, Jozef Pont və İdarə Heyətinin katibi Jordi Klasamilyadır. İstefalara səbəb kimi böhran dönəmindəki zəif idarəçilik olub. Həmçinin prezident Jozep Bartomeu öz nüfuzunu yaxşılaşdırmaq üçün bu addıma əl atıb.

Qeyd edək ki, "Barselona"da koronavirus pandemiyasının yaratdığı böhrana görə, futbolçuların maaşlarının 70 faizi kəsilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR