“Barselona” Lautaro Martineslə müqaviləni razılaşdırıb

“Barselona” Lautaro Martineslə müqaviləni razılaşdırıb
# 02 iyun 2020 15:25 (UTC +04:00)

“İnter”in hücumçusu Lautaro Martinesin “Barselona” ilə danışıqları müsbət yekunlaşıb.

Apasport.az saytının məlumatına görə, argentinalı forvard Kataloniya klubu ilə hərtərəfli razılıq əldə edib.

Anlaşmaya əsasən, 22 yaşlı oyunçu La Liqa təmsilçisi ilə 5 illik müqavilə bağlayacaq. Martinesin illik məvacibi 12 milyon avro olacaq. Ancaq bonuslarla birlikdə bu məbləğ arta bilər. Hazırda klublar arasında danışıqlar son mərhələdədir. İspanlar son olaraq 80 milyon avro maaş və müdafiəçi Junior Firponu təklif etsə də, “rossonyerlər” sərbəst qalma məbləğinin ödənilməsini istəyir.

Qeyd edək ki, Lautaro Martinesin transfer məbləği 111 milyon avrodur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR