"Barselona" Lionel Messi ilə yeni müqavilə danışığına start verib

"Barselona" Lionel Messi ilə yeni müqavilə danışığına start verib
# 21 mart 2020 15:03 (UTC +04:00)

"Barselona" hücumçusu Lionel Messi ilə yeni müqavilə bağlamaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubu kapitanla danışığa start verib.

Argentina millisinin üzvü gələn ilin yayına qədər olan sözləşməsinə hazırkı şərtlərlə bir il müddətinə uzatmaq bəndinin əlavə edilməsinə razıdır. Prezident Xosep Bartomeu isə yeni 2 və ya 3 illik anlaşma təklif edib. Hazırda 32 yaşlı oyunçunun meneceri ilə danışıqlar davam edir.

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Lionel Messi 2004-cü ildən əsas komandada çıxış edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR