“Barselona” futbolçusunu İngiltərə klubuna satır

“Barselona” futbolçusunu İngiltərə klubuna satır
# 21 sentyabr 2020 13:08 (UTC +04:00)

İspaniyanın “Barselona” klubu daha bir futbolçusu ilə yollarını ayırır.

Apasport.az saytının məlumatına görə, müdafiəçi Nelson Semedo karyerasını İngiltərədə davam etdirməyə hazırlaşır.

Portuqaliya millisinin üzvü Premyer Liqa təmsilçisi “Vulverhempton”a keçməyə çox yaxındır. Klublar arasında aparılan danışıqlar artıq yekunlaşıb. Gün ərzində keçidin rəsmən açıqlanması gözlənilir. “Barselona” bu transferdən təxminən 30-35 milyon avroluq gəlir əldə edəcək.

Qeyd edək ki, “Barselona” yarımümdafiəçisi Arturo Vidalı 1 milyon avro qarşılığında İtaliya klubu “İnter”ə satıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR