“Barselona” qışda ala bilmədiyi futbolçunu yenidən istəyir

“Barselona” qışda ala bilmədiyi futbolçunu yenidən istəyir
# 11 aprel 2020 22:47 (UTC +04:00)

İtaliyanın “Yuventus” klubundakı durumundan narazı olan Federiko Bernardeski İspaniya “Barselona”sına keçə bilər.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi italiyalı yarımmüdafiəçiyə yenidən maraq göstərir.

Ötən qış Bernardeskii heyətində görmək istəyən “Barselona” onun əvəzində İvan Rakitiçi verməyə hazır idi. Lakin həmin vaxt tərəflər razılıq əldə edə bilməmişdi. Kataloniyalılar mövsümlərarası fasilədə yenidən Turin klubu ilə danışıqlara başlamaq niyyətinə düşüb.

Qeyd edək ki, Federiko cari mövsüm A seriyasında 18 matç keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR