"Barselona"da maaşlar kəsilib

"Barselona"da maaşlar kəsilib
  • Clock-gray 10:10
  • calendar-gray 27 Mart 2020

"Barselona" koronavirus pandemiyası ilə əlaqədar bir sıra anti-böhran tədbirlərinə başlayıb.

Apasport.az saytının məlumatına görə, klub rəsmi saytı vasitəsilə işçilərin və futbolçuların iş gününü azaltdığını elan edib.

Buna uyğun olaraq onların maaşları da azaldılıb. Ancaq maaşların nə qədər kəsildiyi bildirilməyib: "Barselona" tərəfindən görülən tədbirlər əmək qanunlarına, mütənasiblik və ədalət meyarlarına uyğundur. Məqsədimiz klubu ən qısa müddətdə bərpa etməkdir".

Qeyd edək ki, koronavirus xəstəliyi səbəbindən bütün dünyada ümumilikdə 23 mindən çox adam ölüb.

ApaSport

Digər xəbərlər