"Barselona"nın baş məşqçi postuna ilk namizədləri bəlli olub

"Barselona"nın baş məşqçi postuna ilk namizədləri bəlli olub
# 15 avqust 2020 11:59 (UTC +04:00)

Mövsümü titulsuz başa vuran "Barselona" baş məşqçi dəyişikliyinə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının 1/4 final mərhələsində "Bavariya"ya məğlubiyyətdən (2:8) sonra çalışdırıcısı Kike Setyeni vəzifəsindən qovduğu iddia edilən Kataloniya klubu artıq axtarışlara başlayıb.

Hazırda bu posta 3 əsas namizəd var. Bunlar argentinalı Maurisio Poçettino, niderlandlı Ronald Kuman və ispaniyalı Xavi Ernandesdir. Hazırda klubsuz olan Poçettino bir müddət əvvəl "Barselona"nı çalışdırmaq istəyində olmadığını bildirib. Kumanla Xavi isə ötən il rəhbərliyin təklifini rədd edib.

Qeyd edək ki, "Barselona" 2019/20 mövsümünü titulsuz başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR