“Barselona”nın sabiq futbolçusu ölüb

“Barselona”nın sabiq futbolçusu ölüb
# 17 fevral 2021 15:26 (UTC +04:00)

İspaniyanın “Barselona” klubunun sabiq futbolçusu Mati Verxes vəfat edib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi 87 yaşında dünyasını dəyişib.

Karyerası ərzində yalnız “Barselona”da oynamış futbolçunun ölümünün səbəbi açıqlanmır. 1955-66-cı illərdə bu klubda çıxış edən Verxes 285 matç keçirib.

Qeyd edək ki, yarımmüdafiəçi iki dəfə ölkə çempionu (1958/59, 1959/60), iki dəfə ölkə kubokunun qalibi (1956/57, 1959/59, 1962/63), üç dəfə əvvəllər Yarmarkalar kuboku adlanan Avropa Liqasının qalibi (1955/58, 1958/60, 1965/1966) adına yiyələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR