“Barselona”nın sabiq prezidenti saxlanılıb - YENİLƏNİB

“Barselona”nın  sabiq prezidenti saxlanılıb - YENİLƏNİB
# 01 mart 2021 14:58 (UTC +04:00)

“Barselona”nın sabiq prezidenti Xosep Bartomeu saxlanılıb.

Apasport.az saytının məlumatına görə, hadisə bu gün səhər saatlarında baş verib.

Klubun ofisində axtarış aparan yerli polis daha sonra Bartomeunu, həmçinin baş direktor Oskar Qrau və hüquqi xidmətdən məsul olan Roman Qomes Pontini həbs edib.
***

Saat. 14:08

İspaniyanın “Barselona” klubunda xoşagəlməz hadisə yaşanıb.

Apasport.az saytının məlumatına görə, polis klubun ofisində axtarış aparıb.

Hüquq-mühafizə orqanının bir neçə əməkdaşı iş günü başlayandan “Barselona”nın ofisindədir. Axtarışların səbəbi açıqlanmır. Ehtimal edilir ki, buna səbəb La Liqa təmsilçisinin sosial şəbəkələrdəki fəaliyyətidir.

Qeyd edək ki, martın 7-də “Barselona”nın prezident seçkiləri keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR